Dolma Azərbaycana məxsus kulinariya növu kimi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib

2017-12-06 12:27:41

 

Dolma Azərbaycana məxsus kulinariya növü kimi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.Bu barədə məlumat UNESKO-nun saytında yer alıb.

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov özünün “twitter" səhifəsində buna iki illik əmək nəticəsində nail olduqlarını bildirib.

Eyni zamanda "Köçəri" rəqsi Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.