Moskvada Qara Qarayevin 100 iliik yubileyinə həsr olunan konsert keçirilib

2018-02-02 13:37:37

Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Qara Qarayevin 100 illik yubileyinə həsr olunan konsert keçirilib.

Yubiley konsertinin təşkilatıçıları Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Moskva Dövlət Konservatoriyası olub.

Konsertdə Q. Qarayevin əsərlərindən ibarət proqram nümayiş olunub. Proqramın əvvəlində incəsənət doktoru Rauf Fərhadov dahi bəstəkarın həyat və yaradıcılığından danışıb. Daha sonra Qara Qarayevin əsərlərindən ibarət müsiqi proqramına başlanıb. Konsert proqramında vokalçı Yevgeni Astafurov, pianoçu Olqa Domnino, skirpkaçı Yelena Reviç və digər tanınmış müsiqiçilər bəstəkarın təkrarolunmaz əsərlərini səsləndiriblər.

 

Yubiley tədbirində çıxış edən dahi bəstəkarın oğlu, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc  Qarayev konsertin təşkilatçılarına təşəkkürünü bildirib: "Mən konsertdə çıxış edən musiqiçilərə təşəkkürümü bildir mək istəyirəm. Qara Qarayevin musiqisi onlar üçün böyük açılış, Azərbaycana pəncərə oldu".