Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı bitdi

2018-04-04 18:57:56

İTV-də prezidentliyə namizədlər üçün ayırılan ödənişsiz efir vaxtı başa çatıb.

Lego.az məlumat verir ki, İTV-də namizədlərə ümumilikdə 18 saat (9 saat televiziya, 9 saat radio) pulsuz efir vaxtı ayırılıb.

Martın 19-dan başlayan debatlar hər həftənin I, II, III günləri saat 22:00-dan 23:00-dək keçirilib. 

Sonuncu həftə isə debatların vaxtı dəyişdirilib. 

Yəni, “Dəyirmi masa”nın vaxtı bir gün əvvələ, ötən həftənin bazar gününə təyin edilib və bu baxımdan da, sonuncu teledebat aprelin 3-də olub.

Bundan sonra prezidentliyə namizədlər ödənişli efir vaxtından istifadə edə bilərlər. 

İTV-də Prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 20 manatdır.

Çıxışın saniyəsinin maksimum qiyməti isə 50 manat müəyyən edilib.

İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazımdır.