BQXK ilə əməkdaşlıq sazişinin müddəti uzadılıb

2018-04-04 19:09:03

Azərbaycan Respublikası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddəti uzadılıb.

Lego.az-ın məlumatına görə, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədə olma müddətinin uzadılması haqqında 2018-ci il fevralın 5-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib.