Azərbaycan və Hindistan razılaşdı

2018-04-04 19:11:32

Bu gün xarici işlər naziri Elmar Məmmədyarovla Hindistanın xarici işlər naziri Suşma Svarac arasında görüş keçirilib. 

Lego.az xəbər verir ki, nazirlər ikitərəfli, sonra isə geniş tərkibli görüş keçiriblər. 

Nazirlər Azərbaycan və Hindistan hökumətləri arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında saziş imzalayıblar. 

Eyni zamanda, ADA Universiteti ilə Hindistanın xarici işlər nazirliyinin xarici xidmət institutu arasında anlaşma memorandumu imzalanıb. 

Memorandumu ADA-nın rektoru Hafiz Paşayev və Hindistanın Xarici İşlər Nazirliyinin Xarici Xidmət İnstitutunun rektoru Ruçi Qranaşyam imzalayıb.

“Azərbaycanla Hindistan arasında tarixi  əlaqələr var. İki sənəd imzalandı. Bunlar hökumətlər arasında saziş və ADA ilə Hindistanın Xarici İşlər Nazirliynin Xarici Xidmət İnsitutu arasında memorandumdur. Bu sənədlər çox mühüm sənədlərdir”, - deyə Elmar Məmmədyarov bildirib.