41 il əvvəl ölən müğənni konsert verəcək

2018-04-18 19:48:23

41 il əvvəl dünyasını dəyişən yunan əsilli Amerika opera müğənnisi Mariya Kallasın görüntüləri ilə konsert təşkil olunacaq.

Türkiyənin “Sabah” qəzetinin verdiyi xəbərə görə , noyabr-dekabr aylarında M.Kallas London, Amsterdam, Brüsel və Parisdə holoqram vasitəsi ilə oxuyacaq.  

 

O, 3D effekti ilə səhnədə görünəcək və onu 60 musiqiçidən ibarət simfonik orkestr müşayiət edəcək.