Axundovun məşhur komediyası Moskvada səhnələşdirildi - Fotolar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi Moskvada "Müsyö Jordan və dərviş Məstəlişah" tamaşasını səhnəyə qoyub.

2018-04-24 17:56:36

Lego.az-ın "Report"a istinadən məlumatına görə, tamaşa MDB ölkələrinin "QİTİS - Master-klass" teatr festivalı çərçivəsində Dövlət Teatr Sənəti İnstitutunun səhnəsində nümayiş etdirilib.

Mirzə Fətəli Axundovun ölməz əsərinin Nofəl Vəliyevin quruluşunda səhnələşdirilən tamaşasına Moskva tamaşaçıları maraqla baxıblar.

Qeyd edək ki, festivalın proqramına tələbələrin ifasındakı tamaşalardan başqa, müəllimlər və tələbələr üçün master-klasslar, açıq seminarlar, müzakirələr və elmi-praktik konfranslar da daxildir.