Bakı K-pop Festivalı - 2018” keçiriləcək

2018-04-25 12:28:09

Koreya Azərbaycandakı Səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə aprelin 28-də Bakı Musiqi Akademiyasında “Bakı K-pop Festivalı - 2018” keçirəcək.

Səfirlikdən verilən xəbərə görə, festivalda yalnız k-pop ifaçıları deyil, həmçinin azərbaycanlı məşhur müğənnilərin ifaları eşidiləcək, Koreyaya aid rəsm əsərləri nümayiş etdiriləcək.

“Bakı K-pop Festivalı’ artıq 4-cü ildir, keçirilir. 2017-ci ildə festivalda ümumilikdə 34 qrup tərkibində 50 nəfər rəqs və mahnıları ilə festivalın qalibi olmaq uğrunda mübarizə aparıb.

Qeyd edək ki, festival Koreya səfirliyinin təşkilatçılığı, “‘Hansamo Azərbaycan”-ın dəstək və koordinatorluğu ilə keçirilir. “Hansamo Azərbaycan” (sədri Nuray Kərimova) mərkəzi Bakı olmaqla 2 mindən artıq üzvdən ibarət Koreyasevərlər Assosiasiyasıdır.

 

 

 

 

Lego.az /APA/