Hər gün 1 ovuc yeyin. (Kişi sağlamlığı,ürək-damar,bağırsaq,saç,dəri,immunitet,depressiya və sairə)

2018-04-27 18:30:21

Çərəzlərin faydaları saymaqla bitmir. Amma aralarında biri var ki, faydaları ilə zirvəni qorumağı bacarır.

Söhbət balqabaq tumundan gedir.İndi isə sağlamlıq üçün vacib maddələrlə zəngin balqabaq tumunun faydalarını sizlərə təqdim edirik.

Balqabaq tumu çiy və ya qovrulmuş olaraq istifadə edilir. Bu möcüzəvi tumdan hər gün 1 ovuc mütləq yeyin.

Arıqladır

Balqabaq tumu arıqlamağa kömək edir. Çünki tərkibində protein digər bitkilərə nisbətən daha yüksək faizdədir. Protein insanı uzun müddət ərzində özünün tox hiss etməyə kömək edir. Diqqət ediləcək nüans istifadə miqdarını düzgün seçməkdir. Gündə bir ovuc yemək kifayətdir.

Depressiyanı aradan qaldırır

Balqabaq tumları sink baxımından çox zəngin qida qaynağıdır. Sink əskikliyindən dolayı qaynaqlanan depressiya kimi ciddi xəstəliklərin önünə keçir. Balqabaq tumları sağlıqlı yağlarla zəngin olduğundan beyni rahatladır.

Ürək sağlamlığını qoruyur

Balqabaq tumu ürəyin sağlam qalmasını təmin edən əla bir antioksidant, sink, maqnezium və yağ turşuları qaynağıdır. Xolesterol səviyyəsini və yüksək təzyiqi tənzimləyir. Qan damarlarının rahatlaşmasını təmin edir. Qan təzyiqini aşağı salaraq ürəyi qoruyur.

Saça qulluqda faydası var

Omega-3 yağ turşuları, sink, kükürd, A, K və B vitamini bol olduğundan saç və saç dərisi üçün möcüzələr yaradır. Balqabaq tumunun gündəlik istifadəsi saçlarınıza parlaqlıq verəcək. Saç inkişafını gücləndirərək saçları qalınlaşdırır. Saçların tökülməsini yavaşladaraq uzanmasını dəstəkləyir.

Dərini gəncləşdirir

Tərkibində bir çox vitamin və mineral var. E vitamini güclü bir antioksidantdır və dərini gücləndirir. Omega-3 yağ turşuları və A vitamini isə dəri hüceyrələrini yeniləyir və dəri problemlərini minimuma endirir. Dəridəki zədəli toxuma və hüceyrələri bərpa etməyə yardımçı olur. Dəmir və sink baxımından da zəngin olduğu üçün dərini qoruyur və gəncləşdirir.

İmmun stemini gücləndirir

Sink baxımından zəngin olduğu üçün immunitet sistemini gücləndirərək, soyuqdəymə kimi xəstəliklərə yaxalanma riskini azaldır.

Bağırsaqlardan qurdları öldürür

Balqabaq tumları ən sınanmış qurdqovucu vasitədir. Xalq təbabəti bu məqsədlə tumları əzib balla qarışdırmağı və hər axşam yatmazdan əvvəl 1 x.q. olmaqla (uşaqlarda 1 ç.q.) qəbul etməyi tövsiyə edir.

Kişi sağlamlığını qoruyur

Sinklə zəngin olan balqabaq tumları kişi sağlamlığı üçün çox faydalıdır - prostat vəzini xəstəliklərdən qoruyur, spermatogenezi yaxşılaşdırır.

 

 

 

 

 

Lego.az /Ailəm.az/