İnsan psixologiyasına mənfi təsir edən qidalar

2018-04-30 19:49:00

Aparılan araşdırmalara görə, marqarin, fastfood və qablaşdırılmış şirniyyat məhsulları insan psixologiyasını pozur.

Xarici mətbuat xəbər verir ki, bu məhsullar psixologiyası üzərində mənfi təsir edərək ruhi vəziyyətinizin qəfil dəyişməsinə səbəb olur.

Elmi araşdırmalar göstərib ki, ekoloji və fizioloji amillərlə yanaşı, bəzi qida məhsulları da psixoloji durumumuza təsir edir.

Marqarin

Trans yağlar təkcə sağlamlığımıza deyil, eyni zamanda psixoloji durumumuza da mənfi təsir edir. Trans yağ əvəzinə kərə yağı istifadə edin.

Qablaşdırılmış şəkər məhsulları

Şirniyyatlar ruh halınıza mənfi istiqamətdə təsir edir. Qablaşdırılmış şirniyyatların içərisinə qatılan bir çox müxtəlif zərərli maddələr uşaqlarda diqqət çatışmazlığı kimi sağlamlıq problemlərinə da yol açır.

Fastfood

Fastfood məhsullarının psixologiyamıza verdiyi təsirləri də qorxuludur. Araşdırmalar göstərib ki, fastfood məhsulları depressiya yaradır, tərkibindəki yağlar isə bədənin ən böyük düşmənlərindən biridir.

Qarğıdalı çubuğu

Qarğıdalı çubuğu və səhər yeməyində istifadə edilən qarğıdalı yarması melanxolik ruh halına səbəb olur. Tərkibində güman edildiyindən daha çox miqdarda şəkər olan bu məhsulları pəhriz siyahısından çıxardın.

Qablaşdırılmış meyvə quruları

Meyvə quruları və qutu konserv kimi hazır məhsullar psixologiyanıza mənfi istiqamətdə təsir edir. Onlara qatılan kimyəvi maddələr insanda yorğunluq və zəiflik yaradır.