Rəşid Behbudova həsr edilən sənədli filmin təqdimatı olacaq

Mayın 4-də Nizami Kino Mərkəzində xalq artisti Rəşid Behbudova həsr edilən "Nəğmə dolu bir ürəyəm" sənədli filminin təqdimatı olacaq.

2018-05-01 17:40:17

Lego.az-ın məlumatına görə, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" studiyasında istehsal olunub.

Rauf Məmmədovun rejissoru olduğu tammetrajlı sənədli filmin təqdimatı saat 19:00-da baş tutacaq.