Ədəbiyyat üzrə Nobel mükafatı bu il verilməyəcək

2018-05-04 13:30:15

İsveçin Nobel Akademiyası 2018-ci il üzrə ədəbiyyat mükafatının təqdim olunmayacağını bəyan edib.

Qərar akademiyanın münsiflər heyəti üzvlərinin adlarının cinsi zorakılıq qalmaqalında hallandığı üçün qəbul edilib.

Qeyd olunur ki, hələlik builki ədəbiyyat üzrə Nobel mükafatının ümumiyyətlə verilməməsi və ya təxirə salınması məsələsi müzakirə olunur. Bəzi mütəxəssislər 2019-cu ildə iki mükafatın birdən verilə biləcəyini deyir.

 

Xatırladaq ki, ötən ilin sonlarında 18 qadın Akademiyanın üzvünü zorakılıqda ittiham etmişdi.