Xalq artisti dünyasını dəyişib

2018-05-05 10:41:25

Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Fuad Poladov dünyasını dəyişib.Ötən gün axşam vəfat edən F.Poladovun cənazəsi bu gün torpağa tapşırılacaq.

F.Poladov 1948-ci il mayın 24-də Bakıda anadan olub. 1987-ci ildə SSRİ-nin xalq artisti adına layiq görülüb.

 

Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

F. Poladov vida mərasiminin evində keçirilməsini və "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib.