Azərbaycan bu gün “Eurovision”nun yarımfianalında çıxış edəcək

2018-05-08 13:31:26

Bu gün 63-cü “Eurovisionmahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.

Portuqaliyanın paytaxtı Lissabonda gerçəkləşəcək yarışda təmsilçimiz Aysel Məmmədova da çıxış edəcək. O, ölkəmizi “I cross my heart” mahnısı ilə təmsil edir.

43 ölkənin təmsilçilərinin yer aldığı müsabiqədə bu gün 22 iştirakçı öz performansını nümayiş etdirəcək. İlk olaraq isə Aysel mahnısını səsləndirəcək. Müsabiqə saat 23:00-da İTV-dən canlı yayımlanacaq.