Qərb yaxud Rusiya- oyunun birinci hissəsi başa çatdı

2018-05-09 12:03:40

Politoloq Arzu Nağıyev Ermənistandakı son hadisələri şərh edərək bildirib ki, gözlənildiyi kimi, oyunun birinci hissəsi başa çatdı:

“Paşinyan “baş nazir” oldu. Hətta birinci Paşinyanı təbrik edən şəxs Putin oldu. Putin bir daha göstərdi ki, Ermənistan Rusiyanın bölgədə forpostu olaraq qalacaqdır. Paşinyan baş nazir seçilənə qədər də rəsmi Kreml hadisələri nəzarətdə saxlamağa çalışırdı. Bütün baş verən hadisələr hesablanmış məsələlər idi”.

Politoloq qeyd edib ki, Paşinyan üçün əsas məsələ məqsədə çatmaq idi və o, artıq məqsədinə çatıb:

“Yəni bundan sonra artıq Paşinyan üçün siyasəti dəyişmək problem deyil. Ermənistanda əsas hadisələr bundan sonra başlayacaq. Yeni parlament seçiləndən sonra hansı fraksiya daha üstünlük təşkil edəcəksə, onun Qərb, yaxud Rusiya yönümlü olacağı bilinəcək. Ancaq aksiyalar dövründə Rusiya çalışırdı ki, Ermənistan onun forpostluğundan çıxmasın”.

 

 

 

 

Lego.az /Axar.az/