Prezidentdən ciddi tapşırıq: 5 vəzifəli işdən çıxarıldı

2018-05-09 18:58:44

Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub.

Lego.az Modern.az-a istinadən verdiyi məlumata görə, Komitə sədri Fuad Muradovun əmri ilə qurumda yüksək vəzifə tutan 5 nəfər vəzifəsindən azad edilib.Digərlərinin isə ərizəsi alınıb.

Xatırladaq ki, Komitə sədri Fuad Muradov Prezident İlham Əliyevin diaspor işi ilə bağlı çox ciddi tapşırıqlar verdiyini bildirmişdi.