Aşıq Azər Xanlaroğlu dünyasını dəyişdi

2018-05-12 11:43:57

Azərbaycanın ustad aşıqlarından olan aşıq Xanların oğlu aşıq Azər Xanlaroğlu dünyasını dəyişib.

Azər bu gün səhər saatlarında müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında keçinib.

Xatırladaq ki, aşıq Azər Xanlaroğlu ötən gün səhhətindəki problemlə bağlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada komatoz vəziyyətinə düşüb.