İsveçrədə pianoçular müsabiqəsinin qalibinə Heydər Əliyev xüsusi mükafatı təqdim ediləcək

2018-05-14 13:04:54

Mayın 17-də İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Pianoçular Müsabiqəsi keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, müsabiqə Azərbaycanın əməkdar artisti, pianoçu Adilə Əliyeva tərəfindən təşkil olunur. Bəstəkar, dirijor və Fransa İncəsənət Akademiyasının üzvü Loran Petijirar bu müsabiqənin fəxri prezidentidir. İki ildən bir təşkil edilən müsabiqə 1996-cı ildən fəaliyyət göstərir və hər dəfə orada 250-dən çox iştirakçı yarışır. İndiyədək müsabiqədə bir çox beynəlxalq müsabiqələrin laureatları olan 2150 pianoçu iştirak edib. Bu yarışma pianoçular arasında dünyanın ən yaxşı 20 müsabiqəsi ilə bir sırada dayanır.