Instagram üçün möhtəşəm yenilik

TechCrunch verdiyi məlumatlarda bildirir ki, yaxın günlərdə Instagram Story(Hekayələr)-ə Spotify, Soundcloud kimi servislərdən musiqi əlavə etmək mümkün olacaq.

2018-05-14 13:50:34

Instagram üçün möhtəşəm bir yenilik daha gəlir. Belə ki, yaxın zamanlarda Story(Hekayələr)-ə musiqi əlavə etmək mümkün olacaq. Bildiyiniz kimi yaxın günlərdə Instagram Spotify və SoundCloud kimi servislərlə əlaqəli yenilənmişdi. Görünən odur ki, bu servislərdən daha çox istifadə etmək məqsədləri var.

Instagram tətbiqinin Android versiyasında tapılan bəzi kodlara görə, belə bir funksiyanın istifadəsi mümkün ola bilər. Ishan Agarwel adlı şəxs tərəfindən tapılan koda əsasən, Instagram-a musiqi axtarış sistemi də gələ bilər. Musiqi tag sistemi də əlavə olunaraq, istifadəçilərin istəyini musiqini tapması daha asandlaşdırıla bilər. TechCrunch iddia edir ki, bu sistemin gəlməsi ən çox reklam vermək istəyən şirkəti Instagram-a çəkə bilər.