Rusiyada ABŞ və müttəfiqlərinə qarşı əks-sanksiyalar haqqında qanun layihəsi qəbul olunub

2018-05-15 17:47:11

Bu gün Rusiya Dövlət Dumasında əks-sanksiyalar haqqında qanun layihəsi ilk oxunuşa çıxarılıb.

Bu, “Amerika Birləşmiş Ştatlarının və (və ya) digər xarici ölkələrin dostcasına olmayan addımlarına qarşı tədbirlər (əks reaksiya) barədə” qanunun çərçivə layihəsidir.

Qanun ABŞ və antirus sanksiyalarına qoşulmuş ölkələrə siyasi və iqtisadi xarakterli cavab tədbirlərinin görülməsi üzrə Rusiya prezidentinə və hökumətinə geniş səlahiyyətlər verir.

Dövlət Dumasının bütün fraksiyaları qanun layihəsinin qəbul edilməsinin lehinə səs veriblər.