Əfqanıstanda 300 “Taliban” silahlısı məhv edilib

2018-05-16 12:06:02

Əfqanıstanın qərbində Fərəh əyalətində “Taliban” terror təşkilatı ilə təhlükəsizlik qüvvələri arasında döyüş baş verib.

Döyüşlər nəticəsində “Taliban”ın 300-dək üzvü məhv edilib.

Bundan başqa, 15 hərbçi və 10 polis əməkdaşı da həlak olub. 5 dinc sakin də toqquşmaların qurbanı olub.

Qeyd olunur ki, ötən gündən başlayaraq “Taliban” silahlıları Fərəh əyalətində geinişmiqyaslı hücumlara başlayıb. Hücumda 2000-ə yaxın silahlı iştirak edib. Hücumun qarşısı ABŞ Hərbi-Hava Qüvvələrinin köməyi ilə alınıb.

 

 

Lego.az /Trend/