Prezident İlham Əliyev Naxçıvana səfər edib

2018-05-16 12:20:43

Azərbaycan prezidenti İlham Əliyev bu gün Naxçıvan Muxtar Respublikasına səfərə gedib.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.

Hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının hökumət üzvləri ilə görüşüb.