Ərdoğan Qüds üçün hərəkətə keçdi-Təcili zirvə toplantısı

2018-05-16 16:21:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani, İndoneziya Prezidenti Coko Vidodo və Sudan Prezidenti Ömər əl-Bəşir arasında telefon danışığı baş tutub.

Telefon danışıqları zamanı Qəzza zolağında baş verən qanlı hadisələrə görə İslam Əməkdaşlıq Təşkilatının cümə günü İstanbulda keçirilməsi nəzərdə tutulan təcili zirvəsi ilə bağlı müzakirələr aparılıb.

Xatırladaq ki, Türkiyə Qəzza zolağında baş verən hadisələrə görə İsrail səfirini ölkədən qovmuşdu.