"Qarabağ"daha bir futbolçu ilə yollarını ayırdı

2018-05-16 16:50:59

"Qarabağ"klubu futbolçusu Əfran İsmayılovla yollarını ayırıb.Qol.az-ın əldə etdiyi məlumata görə, müqaviləsi bu mövsümün sonu başa çatan 29 yaşlı yarımmüdafiəçinin sözləşməsinin uzadılmamasına qərar verilib. Millimizin üzvü Ağdam klubunun bugünkü məşqinə qatılmayıb.

Qeyd edək ki, 2006-2013-cü illərdə də "Qarabağ"ın şərəfini qoruyan Ə.İsamyılov 2015-ci ildən Ağdam klubunda çıxış edirdi.

Xaırladaq ki, "Qarabağ" bundan əvvəl braziliyalı yarımmüdafiəçi Pedro Enrike ilə də yolları ayırıb.