Rusiyada partlayış - 2 min insan təxliyyə olundu

2018-05-16 18:16:43

Rusiya Federasiyasının Udmurtiya respublikasında iki min nəfər təxliyə olunub.

“TASS” agentliyinin xəbər verir ki, təxliyəyə səbəb poliqonda ard-arda partlayışların baş verməsi olub.

Respublikanın Puqaçova qəsəbəsindən köhnə hərbi poliqonda ard-arda baş vermiş partlayışlara görə iki min nəfər sakin təxliyə olunub.

Qəsəbə anbarlardan 2-3 km aralıda yerləşir.

Partlayışlar 10 hektar ərazini əhatə edən yanğına səbəb olub.

Qeyd edək ki, 2011-ci ilin iyunun 2-də yenə də həmin ərazidə partlayışlar baş verib. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, 100 nəfər isə xəsarət alıb. Onlardan 48-i xəstəxanaya qaldırılıb. 2011-ci ildə baş verən hadisələrdə 28 min insan təxliyə olunmuşdu.