Azərbaycanda ilk neft yatağından bu günə kimi nə qədər neft hasil edilib?

2018-05-30 20:02:05

Azərbaycanda neft yataqlarının işlənməsinin bütün tarixi boyu 2,019 milyard ton neft hasil edilib. Bunu SOCARn yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib.

Y.Lətifovun sözlərinə görə, bu günə kimi Azərbaycanda həm dəniz, həm də quruda 83 yataq kəşf edilib ki, bunlardan 62-sində hazırda hasilat aparılır.

Qeyd edək ki, Azərbaycanda neft hasilatının tarixi 1871-ci ildən hesablanır. 2017-ci ilin noyabrında ölkə 2 milyard ton neftin hasil edilməsini qeyd edib.