Ona toxunmaq üçün izdiham yaşandı–Burak Sloveniyada ((Fotolar)

2018-06-02 13:27:36

Məşhur türkiyəli aktyor Burak Özçivit rol aldığı “Kara Sevda” serialının premyerası üçün Sloveniyaya gedib. Paytaxt Lyüblyanadakı alış-veriş mərkəzində təşkil olunan təqdimatda izdiham yaşanıb.

Pərəstişkarları Buraka toxunmaq üçün baryerləri belə sökməyə cəhd ediblər.  Hadisəyə polis əməkdaşları müdaxilə etməyə məcbur olub. Daha sonra Burak səhnəyə çıxıb və fanatlarına imzası olan şəkillərini hədiyyə edib.Daha sonra,aktyor mühafizəçilərin nəzarətində hava limanına yola salınıb.