Şəbnəm Tovuzlu -İncəsənət adamları hamıdan fərqlənməlidir

Şəbnəm Tovuzlunun “Bentley” markalı avtomobil alması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub

2018-06-04 14:24:26

Şəbnəm xanım sizin “Bentley” markalı avtomobil almanız sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub, bunu kim aldı, necə aldı deyənlərdə var, bunu qəbul edə bilməyənlərdə var. Sizin bunlara fikiriniz?

Düşünürəm ki, sevilən və böyük tamaşaçı auditoriyası olan incəsənət adamları özlərini fərqli aparmalıdılar və hamıdan fərqlənməlidir . Ona görədə mən “Bentley” markalı avtomobil almağı məsləhər bildim. Düzünü deyim mən gözləmirdim bu qədər səs küyə səbəb olacağnı. Bu günə qədər efirlərə, reklamlara, mahnılara sərf etmişəm aylıq gəlirimi ki, tanınmış bir sənətçi olum, bunu sənətdə olan insanlar daha yaxşı bilər. Şükürlər olsun Allahıma bu arzuma çatdım. Mən 1 ayın ən azı 10 gününü toylarda dəvət alıram 20,25 gününü dəvət aldığım aylarda olur.Mən bu maşaını əlbəttə 5 aylıq gəlirimə ala bilərəm. Qəbul edə bilməyən insanlara sözüm, onları qınamıram onlar öz doğmalarınında yaxşı gününü vəya uğrunu həzim edə bilməyən insanlardır. Onlarada bu mübarək Ramazan ayında uca Allahdan xoşməramlı insan olmalarnı diləyirəm.