İsrail prezidenti və Fələstin lideri arasında telefon danışığı olub

2018-06-05 11:39:00

İsrailin prezidenti Reuven Rivlin və Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı olub.

Bu barədə Fələstinin “WAFA” agentliyi xəbər verib.Məlumata əsasən, İsrail prezidenti Mahmud Abbası müqəddəs Ramazan bayramının başlaması və sağalması münasibətilə təbrik edib. Fələstin lideri, öz növbəsində, Reuven Rivlinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Mahmud Abbas mayın 28-də xəstəxanadan evə buraxılıb. 83 yaşlı Fələstin lideri mayın 20-də ağ ciyər iltihabı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

 

 

 

Lego.az /APA/