Nazir: "Vergi sahəsində islahatlar aparılacaq"

2018-06-05 12:05:35

"Vergi sahəsində islahatlar aparılacaq"-bunu vergilər naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda çıxışı zamanı bildirib.

“Bizim fəal vergi ödəyiciləri arasında ƏDV ödəyicisi kimi  qeydiyyatda olanların sayı 3%-dir. Aylıq 200 min manatdan artıq dövriyyəsi olan sahibkar ƏDV ödəyicisi kimi qeydiyyatda olmalıdır”, - deyə M.Cabbarov bildirib.