Elton qəza keçirdi, xəstəxanadadır

Müğənni Elton Hüseynəliyev qəzaya düşüb.

2018-06-07 14:17:13

Lego.az avtosfer.az-a istinadən xəbər verir ki, sənətçinin idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, "İnfiniti" markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.

Sənətçinin həyat yoldaşı Tamilla xanım "qafqazinfo"ya açıqlamasında hadisəni təsdiqləyib. Bildirib ki, hazırda yoldadır, xəstəxanaya gedir:

 

“Özü ilə danışmışam, 1 saylı Şəhər Kliniki Xəstəxanasındadır. Vəziyyəti kafidir.

 

Ancaq qəzanın necə baş verməsi, hazırda səhhətinin tam necə olması ilə bağlı məlumatım yoxdur”.