Paşinyan istefaya gedəcəyinə söz verdi

2018-06-07 17:42:07

Ermənistanın baş naziri Nikol Paşinyan bir il ərzində istefaya gedəcəyini bildirib

Yerli KİV bildirir ki, Paşinyan bunu parlamentdə jurnalistlərə açıqlamasında deyib və bunun növbədənkənar seçki üçün yeganə konstitusion yol olduğunu vurğulayıb.

Qeyd edək ki, Ermənistan Konstitusiyasına görə, növbədənkənar seçki ya hökumətin istefası, ya da parlamentin etibarsız elan edilməsi zamanı baş verə bilər. Lakin bütün bunlar hökumətin fəaliyyətə başlamasından 1 il sonra baş tutmalıdır. Bu isə 2019-cu il mayın 8-nə təsadüf edir.

N.Paşinyan bu gün bir daha bəyan edib ki, seçki islahatlarının müzakirəsi üçün İşçi qrupu yığmaq istəyir.