Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK bazasını məhv etdi.

2018-06-07 17:59:43

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının İraqın şimalındakı düşərgələrindən biri olan– Avaşin rayonundakı düşərgəni ələ alaraq, düşərgənin tamamilə məhv edildiyi bildirilir.

Qeyd edək ki, ötən gün hakim Ədalət və İnkişaf Partiyasının İdarə heyətinin sədr müavini və mətbuat katibi Mahir Ünal Türkiyə SQ-nin İraqın şimalında irəlilədiyini və PKK-nın mövqeləri üzərində nəzarəti ələ aldığını bildirib.

Bundan əvvəl deyilirdi ki, İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyat çərçivəsində türk hərbçilər İraq ərazilərinin 73 km dərinliyinə irəliləyiblər.