Azərbaycan Gürcüstan və İranla vahid gömrük yaradır

2018-06-12 16:55:25

Azərbaycan Gürcüstan və İranla vahid gömrük yaradılması üzərində iş aparır.Bunu DGK-nin sədri Səfər Mehdiyev deyib. Gömrük sədri bildirib ki, bu, eyni prosedurun iki dəfə təkrarlanmasının qarşısını alacaq və vətəndaşların rahat və asan gəliş-gedişini təmin edəcək.

Artıq məsələ ilə bağlı Gürcüstanla danışıqlara başlanıb. Daha sonra isə İranla müzakirə aparılacaq.

Təklifə əsasən keçid məntəqələrində yeni və vahid gömrük məntəqəsi inşa ediləcək və iki ölkənin gömrük əməkdaşları burada birgə iş və yoxlama aparacaq.