Dövlət başçıları Rusiyaya toplaşır

2018-06-13 11:47:58

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının açılış mərasimində 20-dən çox dövlət başçısı iştirak edəcək.

Təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin bildirib ki,DÇ açılış mərasimi iyunun 14-ü ilk matçdan yarım saat əvvəl Moskvanın “Lujniki” stadionunda başlayacaq. Turnirin ilk matçında ev sahibləri Rusiya ilə Səudiyyə Ərəbistanı qarşılaşacaq.

Qeyd edək ki, 2018-ci il futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.