Hollandiyadan İslama qarşı təhlükəli addım

2018-06-13 12:28:04

Hollandiyanın Azadlıq Partiyası müsəlmanların kəskin narazılığına səbəb olacaq təxribata imza atmağa hazırlaşır.

İslamın da totalitar bir inanc olması fikrini müdafiə edən Geert Vildersinin rəhbərlik etdiyi partiya parlamentdə Məhəmməd peyğəmbərin təsvir olunduğu karikatura yarışı təşkil edəcək.

Keçmişdə baş verən qorxunc təcrübələrə baxmayaraq, partiyadan verilən açıqlamada Hollandiyanın terrorla mübarizə agentliyinin yarışın təşkil olunmasına icazə verdiyi qeyd olunub.

Quranın qadağan edilməsini deyən Vilders və partiyası miqrantlarla müsəlmanlara qarşı aqressiv siyasət yürütməsi ilə tanınır.