"Real"a yeni baş məşqçisi təyin olundu

2018-06-13 14:28:06

"Real”ın yeni baş məşqçisinin adı açıqlanıb.Madrid təmsilçisini İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi çalışdıracaq. 52 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.

İspaniyalı çalışdırcı dünya çempionatından sonra "Real”da işinə başlayacaq. O, bu vəzifədə Zinəddin Zidanı əvəzləyəcək.

Qeyd edək ki, Xulen Lopeteqi 2016-cı ildən İspaniya millisini çalışdırır. O, ötən ay milli ilə yeni 2 illik müqavilə imzalayıb. İspan çalışdırıcı futbolçu karyerası ərzində "Real", "Las Palmas", "Loqrones", "Barselona" və "Real Vallekano" klublarında oynayıb. O, "Real"la La Liqanın, "Barselona" ilə İspaniya Super Kubokunun qalibi olub. İspaniya U-20 yığması ilə 1985-ci ildə dünya çempionatının gümüş medalını qazanan Xulen Lopeteqi ölkənin əsas millisində 1, Bask yığmasında 3 oyun keçirib.

Məşqçiliyə İspaniyanın U-17 yığmasında köməkçi olaraq başlayan mütəxəssis "Rayo Vallekano"nu çalışdırdıqdan sonra "Real"ın B komandasına başçılıq edib. Daha sonra İspaniyanın U-19, U-20 və U-21 yığmalarını çalışdırıb. U-19 onu rəhbərliyi altında 2012, U-21 2013-ü ildə Avropa çempionu olub. Mütəxəssis 2014-2016-cı illərdə "Portu"ya rəhbərlik edib.