"Tramp ABŞ prezidentləri arasında ən pisidir"-İran prezidenti

2018-06-14 16:41:35

“Donald Tramp 1979-cu ildən bəri ABŞ-a rəhbərlik edən şəxslər arasında “ən pis” prezidentdir”.

“Mehr” xəbər agentliyinə verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani bəyan edib.

“1979-cu il, İslam inqilabı qalib gəldikdən bu günə qədər ABŞ rəhbərliyi İran xalqının düşməni olub. İndiki prezident isə digərləri ilə müqayisədə ən pis, ən qəddar və ən riyakar prezidentdir”, - deyə Ruhani söyləyib. O bildirib ki, İran Vaşinqtonun Tehrana qarşı niyyətlərindən məlumatlıdır.