Təbəssüm insan ömrünü uzadır

2018-12-05 12:57:48

Tez-tez gülümsəyən adamlar ömürlərini 7 ilədək uzadırlar. Bu maraqlı faktı ABŞ-ın Miçiqan ştatının Ueyn Universitetinin alimləri aşkar ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, şən və təbəssümlü insanlar daha çox yaşayırlar. Alimlərin fikrincə, təbəssüm insan ömrünü orta hesabla 7 ilədək uzadır. Alimlər bu fenomenin nə ilə bağlı olduğuna hələlik cavab tapmayıblar. Lakin hesab olunur ki, təbəssüm insanın daxili harmoniyasını, nikbinliyini və həyata nikbin münasibətini əks etdirir.