Düyü haqqında bilmədikləriniz

2018-12-06 08:33:37

Düyü insan orqanizminə faydalı olan qidalardan biridir. Düyü, həzm fəaliyyətini yaxşılaşdırır, bədəni enerji ilə təmin edir, bədənin vitamin B1 ehtiyacını ödəyir, dərini qoruyur, qan təzyiqinin yuxarı qalxması ilə mübarizə aparır, qəlb xəstəliklərinə yaxşı təsir edir.

Düyü ali enerji mənbəyidir.Tərkibində karbohidrat olduğu üçün, ondan bədənin enerjisini təmin etməkdə istifadə etmək olar. Beyin fəaliyyətinə də yardım edir. Düyünün tərkibində bədənə ziyan vuran xolesterin yoxdur. Düyünün tərkibində möhkəm nişasta var ki, mədədə həzm olunmur və bağırsağa keçərək, faydalı bakteriyaların yaranmasına yardım edir. Düyünün tərkibində az miqdarda natrium olduğu üçün yüksək qan təzyiqi olan xəstələr üçün faydalıdır. Tərkibində qəhvə rəngli həzm olunmayan liflər var. Bu liflər bədəni xərçəng xəstəliyindən qoruyur. Düyünün kəpəyi dizenteriya xəstəliyinə qarşı ən yaxşı dərmanlardandır. Düyü iştahanı artırır, mədə xəstəliklərini müalicə edir. Bu qidanın kəpəyinin yağı antioksidant xasiyyətə malikdir. Bədəndə xolesterinin səviyyəsini azaldıb, ürək-damarın qüdrətini artırır. Əgər diabet xəstələri ağ deyil, qəhvəyi düyüdən istifadə edərlərsə, onlar üçün daha faydalı olar. Gün ərzində bir fıncan qəhvəyi düyünü yesəniz, manqana olan ehtiyacınızın 100%-ni təmin etmiş olarsınız.