Velosiped sür, ömrün uzansın!

2018-12-08 15:08:03

Velosiped sürməyin faydaları haqqında yəqin ki, hər birimiz xəbərdarıq. Velosiped sür, ömrün uzansın deyən mütəxəssislər, həftə ərzində 75 dəqiqə bu idmanla məşğul olmağı tövsiyə edirlər. Aparılan araşdırmalara görə, velosiped sürmək insan ömrünü 6 ay uzadır. Eyni zamanda, artıq çəkidən xilas olmaq istəyənlərə də velosiped sürmək tövsiyə olunur. 1 saat velosiped sürən şəxs təxminən 300 kilokaloridən azad olur. Hər gün yarım saat velosiped sürmək bir ay ərzində 11 kiloqram piyi əritməyə imkan verir.

Qeyd edək ki, həkimlər də həftədə velosipedlə 30 kilometr yol qət etməyin ürək-damar xəstəliklərinin yaranma riskini 50% azaltdığını deyirlər.

Onu da bildirək ki, velosipedə minmə əsnasında edilən nizamlı və ritmik hərəkətlər insanları gündəlik həyatlarında məruz qaldıqları bütün mənfi təsirlərdən uzaqlaşdırır və rahatlaşdırır. Hərəkət halındakı bədən, 30-40 dəqiqə sonra endorfin ifraz etməyə başlayır. Bu da adamın özünü xoşbəxt hiss etməsi mənasını verir!