Planet əhalisinin 33%-i kompüterdə işləyə bilmir

2018-12-12 20:44:30

Planet əhalisinin 50%-dən çoxu artıq internetə çıxış imkanına malikdir. Bu göstəricini artırmaq üçün insanları kompüter texnologiyaları sahəsində bacarıqlara öyrətmək lazımdır. Bu haqda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatında deyilir.
BTİ-nin baş katibi Xoulin Çjao deyib ki, "genişzolaqlı rabitəyə yatırılan investisiyaların həcminin artırılması rəqəmsal inqilab prosesini stimullaşdırır və çoxlu sayda insanın internet xidmətlərinə qoşulmasına imkan verir".
İnformasiya texnologiyaları sahəsində bacarıqlara yiyələnmə internetin gələcək inkişafı üçün mühümdür. Hesabat məlumatlarına əsasən, dünyada zəruri texniki biliklər üzrə çatışmazlıq müşahidə olunur. Planet əhalisinin 33%-i faylların köçürülməsi kimi adi kompüter bacarığına malik deyil; 41%-i standart bacarıqlara malikdir və yalnız planet əhalisinin 4%-i kompüter proqramları yarada bilər.