Dünyanın ən məşhur cütlüyü boşanır?

2018-12-13 11:33:39

Dünyanın ən məşhur cütlüklərindən olan Viktoriya və Devid Bekhemin boşanma xəbərləri yayılıb. Belə xəbərlərə səbəb olan əsas amillərdən biri də Viktoriyanın Devidə görə bədəninə vurdurduğu bütün tatularını sildirməsi olub. Silinən tatuların içində “Mənim həyat yoldaşım mənə, mən də yalnız ona məxsusam” cümləsi də yer alıb. Bu addım cütlüyün arasında yaşanan gərginliyin səbəblərindən biri kimi sosial şəbəkələrdə paylaşılıb.