Cennifer Eniston - Yenidən sevmək istəyirəm..

2018-12-13 11:56:48

Hollivudun ən məşhur aktrisalarından olan Cennifer Eniston yenidən gündəmə gəlib. 49 yaşlı aktrisa yenidən sevmək, xoşbəxt bir ailə qurmaq istədiyini deyib. Enistonun dostları bildiriblər ki, aktrisa umidini itirmədən yenidən sevəcəyinə inanır.

Xatırladaq ki, Emmi, Qızıl Qlobus kimi mükafatların sahibi Eniston iki dəfə ailəli olub. Kinoaktrisa Bred Pit, daha sonra isə Castin Teru ilə ailə həyatı qursa da, bir neçə ay əvvəl rəsmi olaraq boşanıblar.