Sandra Bullokun çəkildiyi "Bird Box" filminin treyleri

2018-12-13 13:33:03

Amerika istehsalı olan Bird Box filminin treyleri yayımlanıb. Netxflix şirkətinin çəkdiyi ekran işində baş rolları Sandra Bullok, Sara Polson, Roza Salazar, Con Malokoviç, Ceki Uiver və digər məşhur aktyorlar ifa ediblər.

Ekran işinin rejissoru Süzanna Birdir. Film Coş Malermanın 2014-cü ildə nəşr olunan eyniadlı kitabının əsasında çəkilib

Büdcəsi 19,8 milyon dollar olan filmin premyerası dekabr ayının 21-nə planlaşdırılıb.

Bird Box filminin treyleri You Tube video portalında minlərlə izləyici sayı qazanıb.