Pentatonix-dən ənənəvi Yeni il klipi

2018-12-13 13:56:43

Məşhur Amerika qrupu Pentatonix ənənəvi olaraq Yeni il bayramına həsr etdiyi yeni klipini təqdim edib. 5 nəfərdən ibarət olan kollektiv Rockin around the Christmas tree adlı kompozisiyaya klip çəkdiriblər.

Rockin around the Christmas tree mahnısı ilk dəfə 1964-cü ildə Brenda Li tərəfindən ifa edilib. Kompozisiya qrupun Christmas is Here! adlı albomunda yer alıb.

Musiqili video You Tube-da 1 milyondan çox baxış sayı toplayaraq izlənmə rekordu qırıb. Ekran işi 43 mindən çox internet istifadəçisi tərəfindən bəyənilib.