Glass filmindən yeni treyler

2018-12-13 15:23:34

Amerika istehsalı olan Glass filminin yeni treyleri yayımlanıb. Superqəhrəman, triller və elim-fantastik janrlarda olan ekran əsərinin rejissoru Nayt Şyamalandır. Ekran işində baş rolları Brüs Uillis, Ceyms Makevey və Semuel Cekson canlandırıb.

Filmin büdcəsi 20 milyon dollardır. Ekran işinin premyerası 2019-cu il yanvar ayının 19-na planlaşdırılıb.

Filmin treyleri You Tube-da 1 milyona yaxın insan tərəfindən izlənilib. 6 mindən çox sosial şəbəkə istifadəçisi filmi bəyəndiyini qeyd edib.