“LG Gram 17” modeli 17 düym diaqonallı ilk ən yüngül noutbukdur

2018-12-13 15:49:44

 

“LG” şirkəti “Gram” istehsal xəttinə aid noutbuklar nümayiş etdirib. Nazik çərçivəli və 17 düym ekranlı “Gram 17” modeli dünyada belə diaqonala malik ən yüngül noutbukdur.
İkinci yeni qurğu ekranı 360 dərəcə dönən 14 düymlük “LG Gram 2-in-1” modelidir. Hər iki kompüter səkkizinci nəsil “Intel” prosessorları əsasında yaradılıb və “MIL-STD-810g” hərbi standartı ilə sertifikatlaşdırılıb.  

Məlumata görə, ölçülərdə fərqə baxmayaraq yeni noutbuklar eyni tutuma (72 vatt-saat) malik akkumulyatorla təchiz ediliblər. Lakin “Gram 17” modeli üçün avtonom iş vaxtı 19,5 saat, “Gram 2-in-1” üçün 21 saat təşkil edir. Bundan başqa, modellər rəqəmli blok və işıqlandırmaya malik tamölçülü klaviatura, “Windows Hello” funksiyası vasitəsilə tez blokdan çıxarılma üçün barmaq izi skaneri və geniş “USB” çıxış dəstləri ilə təchiz olunub.
Noutbukların rəsmi təqdimatı yanvarın əvvəlində “CES 2019” sərgisində planlaşdırılır.