Artem Pivovarov - Karma, yeni klip

2018-12-13 17:23:40

Ukraynalı müğənni Artem Pivovarov Karma adlı kompozisiyasına klip çəkdirib. Ekran işi klipmeyker Taras Qolubkovun rejissorluğu ilə lentə alınıb.

Musiqili video retro tərzdə alınıb. Karma sinql olaraq bir neçə gün əvvəl təqdim edilib.

Klip, Artem Pivovarovun rəsmi You Tube kanalında yer alıb. Ekran işi qısa müddət ərzində 560 mindən çox izlənmə sayı qazanıb. Musiqili videonu 4 minə yaxın sosial şəbəkə istifadəçisi bəyənib.