Apple 1 milyar dollar dəyərində kampus inşa edəcək

2018-12-13 22:11:09

Apple şirkəti Şimali Ostində yeni kampus inşa etmək üzrə planının olduğunu açıqladı. İlkin məlumatlara əsasən yeni kampusun inşası şirkətə 1 milyard dollara başa gələcək. Beləliklə 2023-cü ilə kimi şirkət ABŞ-da minlərlə yeni iş yeri yaradacaq. Şirkət bildirib ki, təkcə bu il o, 6000 yeni iş yeri yaradıb. Ümumilikdə şirkət ABŞ-ın 50 ştatında 90.000 işçiyə sahibdir. Nəticədə Ostində inşa ediləcək yeni kampus sayəsində şirkət 2023-cü ilə kimi bütün ABŞ üzrə 20.000 yeni iş yeri yaradacaq.

İnşa ediləcək yeni kampus şirkətin Ostində yerləşən ofislərinə yaxın məsafədə olacaq. İlk öncə həmin kampusda 5000 işçi çalışacaq Müəyyən vaxtdan sonra kampusun işçi sayı 15.000-ə yüksələ bilər. Bununla belə yeni kampusun inşası üzrə müəyyən tarixlər barədə məlumat verilməyib. Qeyd etmək lazımdır ki, şirkətin Apple Park adlı kampusunun inşasına 2011-ci ildə start verilmişdi və kampus 2015-ci ildə artıq istifadə olunmalı idi. Lakin bəzi səbəblərə görə onun açılışı yalnız 2017-ci ilin sonunda baş tutdu.